Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama görüşünü keçirəcək. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son ölkə çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gələcək.

 

Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

 

Qeyd edək ki, son ölkə çempionu iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) kollektivləri ilə qarşılaşacaq