"Borunmut"un yarımmüdafiəçisi Aleks Skott ilə "Mançester Yunayted" və "Arsenal" yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.

Hər iki klub 22 yaşlı futbolçunun çıxışını yaxından izləyir. "Bornmut" isə gənc oyunçunu 60 milyon funt-sterlinqdən ucuz satmağı düşünmür.

Qeyd edək ki, Aleks Skottun "Bornmut"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Klub futbolçu ilə yeni sözləşmə imzalamaq istəsə də, ona olan böyük maraq bu prosesi çətinləşdirir.