Ötən mövsüm Birinci Liqada "Şəfa"nı çempion edən Elgiz Kərimli özünə komanda tapa bilmir. Bu barədə Sport24.az-a açıqlamasında mütəxəssisin özü məlumat verib:

"Hələki yenilik, komandalardan təklif yoxdur. Birinci Liqada və Premyer Liqada bütün komandalarda baş məşqçilər məlumdur. İkinci Liqa klubundan təklif olsa? Gərək yaxşı bir lahiyə olsun ki, gedib işləyəsən".

Qeyd edək ki, "Şəfa" Kərəmlinin rəhbərliyi altında həm ikinci, həm də birinci liqanın çempionu olub.