"Zirə" Rövlan Muradovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Rövlan 2025-ci ilin əvvəlində "Zirə"yə qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 11 oyunda meydana çıxıb.
Rövlan "Zirə"dən öncə "Qəbələ" və "Sumqayıt"ın formasını geyinib.