Cud Bellingem İngiltərə milli komandasında 50 oyuna ən tez çatan futbolçu olub. Sport24.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Qana ilə matçda meydana çıxan yarımmüdafiəçi 22 yaş 359 günlüyündə buna nail olub.

 

Bundan əvvəlki rekordçu Ueyn Runi idi. O, millidə 50-ci oyununa 23 yaş 159 günlüyündə çıxmışdı.

 

İngiltərə – Qana oyunu qolsuz başa çatıb.