ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsinin II turuna yekun vurulub. Sport24.az xəbər verir ki, "Opta" mundialda iki turda futbolçuları ən çox qol vuran klubu açıqlayıb.

 

Bu, İspaniyanın "Real" klubudur. Madrid təmsilçisinin üç futbolçusu ümumilikdə yeddi qola imza atıb.

 

Fransalı Kilian Mbappe 4, braziliyalı Vinisius Junior 2, ingiltərəli Cud Bellingem isə 1 qolla yadda qalıb.