"Mingəçevir"lə oyundan sonra "Alaşkert"dən təklif aldım. Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"dən ayrılaraq Ermənistanın "Alaşkert" klubuna keçən Domi Massumu deyib.

"Müqaviləmin artıq sonuna çatdığı aydın idi. Təkliflər var idi, amma mənə ən uyğun hesab etdiyim layihəni seçdim", - deyə yarımmüdafiəçi qeyd edib.


O, Konfrans Liqasında uğur qazanmaq üçün komandasına əlindən gələni köməyi edəcəyini bildirib.


Qeyd edək ki, Massumu 9 qolla başa çatan mövsümdə "Qəbələ"nin bombardiri olub.