27-28 iyun tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə böyüklər arasında Avropa açıq turniri keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

 

Bildirilir ki, ölkəmiz yarışda beş çəki dərəcəsində 15 kişi cüdoçu ilə təmsil olunacaq.

 

Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

 

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.

 

Kişilər
60 kq

Murad Əliyev
Babarəhim Mirzəyev

66 kq
İslam Rəhimov
Nazir Talıbov
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Rəşad Yelkiyev
Elşən Əsədov

73 kq
İbrahim Əliyev
Kamran Süleymanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev

90 kq
Xəyyam Əliyev

100 kq
Elmar Qasımov
Əjdər Bağırov