İyunun 20-21-də Almaniyanın paytaxı Berlində keçiriləcək gənclər arasında Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 

 

Turnirdə Məhəmməd Rüstəmli, Rəsul Əlizadə, Röyal Qayıbov, Anar Quliyev (hamısı 60 kq), Zeyd Ələsgərov, Sadiq İsgəndərli (hər ikisi 66 kq), Hüseyn Şahmarlı, Özqan Quliyev, Əli Hümbətov (hamısı 73 kq), Məhəmməd Ağakişiyev (81 kq), Tunar Fərzəliyev (100 kq), Sübhan Axundov və Cavidan Məsimov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

 

Qeyd edək ki, beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, B kateqoriyalı beynəlxalq dərəcəli referi Bəhriyyə Hüseynova da yer alacaq.