"Lecce" baş məşqçi Eusebio Di Françeskonun müqaviləsinin uzadıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Komanda ötən mövsüm A Seriyasında mövqeyini qoruduğuna görə, 56 yaşlı məşqçinin müqaviləsi avtomatik olaraq 2028-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Di Françesko ötən yay "Lecce"nin "sükanı arxasına" keçib. Eusebio məşqçi karyerası ərzində "Roma", "Sassuolo", "Sampdoria", "Kalyariri", "Verona", "Frosinone" və "Venesiya"nı çalışdırıb.