"Boka Xuniors" uruqvaylı hücumçu Edinson Kavani ilə müqaviləyə vaxtından əvvəl xitam verəcək. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 39 yaşlı hücumçu və Argentina klubu bu ilin dekabrında başa çatacaq sözləşməni ləğv etmək barədə razılığa gəliblər.

 

Kavani 2023-cü ilin yayından "Boka Xuniors"da çıxış edir. Uruqvaylı Argentina klubunda ümumilikdə 81 oyun keçirib, 28 qol vurub və üç məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, uruqvaylı hücumçu karyerası ərzində "Palermo", "Napoli", PSJ və "Mançester Yunayted"də də oynayıb.