Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev 21-ci əsrdə dünya çempionatında başla qol vuran ən bəstəboylu oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə Opta statistik portalı məlumat yayıb.
Futbolçu qrup mərhələsində Kolumbiyaya qarşı (1-3) oyunda qol vurub. "Başakşehir"in 22 yaşlı yarımmüdafiəçisinin boyu 167 sm-dir.
Qeyd edək ki, əvvəlki rekord DÇ-2022-də Qananın qapısına yol tapan ya qarşı qol vuran uruqvaylı Corcian de Arraskaetaya məxsus idi. Yarımmüdafiəçinin boyu 173 sm-dir.