Bakıda hazırlıq keçən "Zirə" iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu müddətdə 1 yoxlama oyunu keçirəcək "qartallar" iyunun 20-də saat 18:00-da "Azərsun Arena"da "Qarabağ"la qarşılaşacaq.

 

25 iyun – 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "Zirə" burada iki yoxlama oyunu keçirəcək.

 

Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları hələ məlum deyil.