Özbəkistan milli komandasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatları tarixinə düşüb. Sport24.az xəbər verir ki, yığma mütəxəssisin rəhbərliyi altında mundialda Kolumbiya ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.

 

Kannavaro "Qızıl top" sahibi olaraq həm futbolçu, həm də baş məşqçi kimi mundialda iştirak edən dördüncü mütəxəssis olub.

 

Bundan əvvəl Frants Bekkenbauer, Oleq Bloxin və Marko van Basten bunu bacarıb.

 

Kannavaro 2006-cı ildə "Qızıl top" qazanıb.