Özbəkistan millisinin futbolçusu İqor Sergeyev DÇ-2026-da Kolumbiyaya uduzduqları oyunu şərh edib. Sport24.az xəbər verir ki, hücumçu 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
"Başa düşürük, Kolumbiya millisi güclüdür. Amma heç-heçə edə bilərdik. Öz səhvlərimizdən qollar buraxdıq və buna görə məyusuq. Məncə, mundialda ilk oyunumuzda güclü rəqibə yaxşı müqavimət göstərdik. Hələ heç nə bitməyib, qarşıda oyunlar var".