2026/2027 mövsümünə hazırlığı davam etdirən "Qarabağ" Bakıda yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi "Zirə" ilə qarşılaşacaq. Oyun iyunun 20-də "Azersun Arena"nın məşq meydançasında keçiriləcək və saat 18:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ" bu mövsüm Azərbaycanı Avropa Liqasında, "Zirə" isə Konfrasns Liqasında təmsil edəcək.