Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar futbolçu karyerasını başa vurmağa hazırlaşır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, son mövsümü Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın heyətində keçirən 36 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını başa çatdırmaq qərarına gəlib.

Rahid Əmirquliyev növbəti mövsümdən etibarən fəaliyyətini futbol idarəçiliyi sahəsində davam etdirəcək.

Təcrübəli futbol adamının Birinci Liqada çıxış edən "Səbail" klubunda rəhbər vəzifələrdən birinə təyin olunacağı gözlənilir. Tərəflər arasında bununla bağlı müzakirələrin aparıldığı bildirilir.

Qeyd edək ki, Rahid Əmirquliyev uzun illər Azərbaycan millisinin formasını geyinib. O, karyerası ərzində "Xəzər Lənkəran", "Qarabağ", "Səbail" kimi klubların şərəfini qoruyub.