Birinci Liqada çıxış edən "Şahdağ Qusar" transfer çalışmalarını davam etdirir. Sport24.az bölgə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə "Qəbələ"yə məxsus olan Mehrac Baxşalı icarə əsasında Füzuli Məmmədovun komandasında çıxış edəcək.
23 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Şahdağ Qusar"ın formasını geyinəcək.
Qeyd edək ki, Baxşalının son klubu MOİK olub.