Derek Makinnes "Qlazqo Reyncers"in baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
54 yaşlı məşqçi Şotlandiya klubu ilə üç illik müqavilə imzalayıb. Sözləşmənin detalları barədə əlavə təfərrüatlar açıqlanmayıb.
Ötən mövsüm Makinnes çempionluğa yaxın olan "Harts"ın "sükanı arxasında" olub. Onun komandası son turda "Seltik"ə məğlub oldu və liqada ikinci yeri tutub.
Derek məşqçi karyerası ərzində həmçinin "Sentt Jonston", "Bristol Siti", "Aberdeen" və "Kilmarnok"u da çalışdırıb.
Qeyd edək ki, "Reyncers" ötən mövsüm Şotlandiya Premyer Liqasında üçüncü yeri tutub. Komanda bu mövsüm Avropa Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.