"Qarabağ"ın sabiq futbolçusu Kris Kuaku karyerasında növbəti dəfə klubunu dəyişib. Sport24.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Norveçin "Sarpsborg 08" klubundan da gedib.
Fil Dişi Sahilindən olan futbolçu karyerasını İsraildə davam etdirəcək. O, bu ölkənin "İroni Tveriya" komandası ilə anlaşıb.
Maraqlıdır ki, Kuaku cari ilin mart ayında "Qarabağ"dan ayrılaraq "Sarpsborg 08"ə transfer olunmuşdu. Lakin Norveç klubunda əsas komandanın heyətində rəsmi oyuna çıxmağa imkan tapmayıb. O yalnız bir yoxlama matçında və bir dəfə də klubun əvəzedici komandasında meydana çıxıb.
Mətbuatda yer alan iddialara görə, "Qarabağ" 2025-ci ildə Kuaku üçün Portuqaliyanın "Mafra" klubuna 300 min avro ödəyib. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında cəmi 12 matçda iştirak etmişdi.