Türkiyə təmsilçisi "Fənərbaxça" Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində öz meydanında keçirdiyi oyunda Praqa "Slaviya"sını məğlub edə bilmədi (2–2). Sport24.az xəbər verir ki, bununla da, İstanbul klubunun Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində qələbəsiz seriyası 10 oyuna çatıb.

 

Çexiya klubuna qarşı oyundan əvvəl Türkiyə komandası Çempionlar Liqasında ardıcıl doqquz matç qələbə qazana bilməmişdi. Bu müddət ərzində 3 heç-heçə və 6 məğlubiyyət qeydə alınmışdı. Bu "Fənərbaxça" tarixinin ən uzun qələbəsiz seriyası idi. "Slaviya" ilə heç-heçədən sonra bu rəqəm 10 oyuna çatıb: 4 heç-heçə və 6 məğlubiyyət.

 

Qeyd edək ki, İstanbul klubu Çempionlar Liqasının əsas mərhələsində sonuncu dəfə 2008-ci ilin aprelində qələbə qazanıb Həmin vaxt "Fənərbaxça" dörddəbir finalın ilk oyununda "Çelsi"ni 2:1 hesabı ilə məğlub etmişdi (lakin cavab görüşündə 0:2 hesabı ilə uduzaraq turnirdən kənarlaşmışdı).