"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Arsenal"a qarşı keçirilən matçda əsas heyətdə meydana çıxıb. Sport24.az "Opta" statistik portalına istinadən xəbər verir ki, bu, 40 yaşlı qapıçının Çempionlar Liqasında 163-cü oyunu olub.
Bununla da qolkiper turnirdə keçirilən oyunların sayına görə Lionel Messi və Tomas Müllerlə çatıb.
Yalnız Kriştiano Ronaldo (183) və İker Kasilyas (177) ondan daha qarşılaşmada iştirak ediblər.
Qeyd edək ki, Noyer həmçinin Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu göstəricisində Tomas Müllerə çatıb.