Ukrayna Çempionatının 9-cu turu çərçivəsində keçirilən "Zarya" – "Çernomorets" (2:1) matçı qonaqların baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, bu, onun Ukrayna Premyer Liqasında (UPL) baş məşqçi qismində keçirdiyi 200-cü oyun kimi tarixə düşüb.

 

Roman Qriqorçuk "Çernomorets"də 170, Zaporojye "Metalurq"unda 17, LNZ-də isə 13 matça texniki zonada yer alıb. Qriqorçukun çalışdırdığı komandaların liqadakı ümumi göstəriciləri belədir: 68 qələbə, 50 heç-heçə və 82 məğlubiyyət. Vurulan və buraxılan qolların fərqi isə 215–247-dir.

 

Qeyd edək ki, Qriqorçuk Ukrayna Premyer Liqasında (UPL) bu göstəriciyə çatan 14-cü mütəxəssis olub. Siyahıyaya isə 622 matçla Miron Markeviç başçılıq edir.