"Mançester Yunayted" "Vest Hem"in vingeri Krisensio Sammervillə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" 24 yaşlı niderlandlı futbolçuya daha bir mövsüm uzatmaq şərti ilə 2031-ci ilə qədər müqavilə təklif edib. Bu transferin "Mançester Yunayted"ə 50 milyon funt sterlinqə başa gələ biləcəyi bildirilir.
Sammervil ötən mövsüm "Vest Hem"in heyətində bütün turnirlərdə 34 oyun keçirib, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, yarımmüdafiəəçi hazırda Niderland millisini heyətində DÇ-2026-ya yollanıb. O, artıq Yaponiyaya qarşı ilk oyunda (2-2) adını tabloya da yazdırıb.