Mərkəz müdafiəçisi İbrahima Konate "Real" ilə müqavilə imzalayıb. Sport24.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 2030-cu ilin iyununa qədər qüvvədədir.
27 yaşlı fransız futbolçu 2021-ci ildən "Liverpul"da oynayır. O, "mersisaydlılar"ın heyətində 183 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.
Qeyd edək ki, Konate karyerası ərzində həmçinin "RB Leypsiq" və "Soşo"da da oynayıb. O, Fransa millisində 28 oyun keçirib.