Macarıstan millisinin futbolçusu Atilla Osvalt "Qarabağ"da oynamaq arzusundadır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 30 yaşlı müdafiəçi Ağdam klubuna gəlməkdə istəklidir.
Mənbəmizin sözlərinə əsasən, hətta futbolçunun meneceri də "köhlən atlar"la danışıqlar aparmağa başlamaq istəyir.
Qeyd edək ki, Atilla hazırda ölkəsində "Ferensvaroş"un formasını geyinir.