"Çexiya millisi ilk oyunda Cənubi Koreyaya məğlub oldu. Fikrimcə, çexlər həmin qarşılaşmadan lazımi nəticə çıxarıblar və Cənubi Afrika ilə oyunda daha inamlı çıxış edərək qələbə qazana bilərlər". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Seyidov deyib.
Təcrübəli funksioner dünya çempionatının ikinci turunun B qrupunda keçirləcək İsveçrə - Bosniya və Herseqovina oyunundan gözləntilərini bölüşüb:
"İsveçrə yığması dünya çempionatına sensasiyalı start verdi. Qətərlə heç-heçə edən komanda növbəti görüşə daha ciddi yanaşacaq. Əgər isveçrəlilər qrupdan çıxmaq istəyirlərsə Bosniya və Herseqovina ilə matçda mütləq qələbə qazanmalıdırlar".
Seyidov Kanada - Qətər görüşündə meydan sahiblərini favorit hesab edib:
"Kanada turnirin ev sahiblərindən biridir. Doğma azarkeşləri önündə Qətərə qarşı oynayacaq komanda bütün gücünü meydanda qoymağa çalışacaq. Bu qələbə onların qrupdan çıxmaq şanslarını əhəmiyyətli dərəcədə artıracaq. Buna görə də kanadalılar üçün bu görüş böyük əhəmiyyət daşıyır. Cütün favoriti meydan sahibləridir".
Sonda Yaşar bəy Meksika - Cənubi Afrika qarşılaşmasından da söz açıb:
"Meksika da ev sahibi amilindən maksimum yararlanmağa çalışır. Komanda ilk oyunda 80 mindən çox azarkeş önündə Cənubi Afrika yığmasını 2:0 hesabı ilə məğlub etdi və turnirə uğurlu başladı. Meksikalılar mümkün qədər irəli getmək niyyətindədirlər. Cənubi Koreya üzərində qələbə qazansalar, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin etmək və qrupu lider kimi başa vurmaq yolunda mühüm addım atacaqlar. Maraqlı və gərgin mübarizənin şahidi olacağıq. Heyət baxımından Meksika rəqibindən daha üstün görünür və bu görüşdə favorit hesab olunur".
Qeyd edək ki, bu gün dünya çempionatında ikinci turun oyunlarına start veriləcək.