Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurub. Sport24.az xəbər verir ki, 60 kq-da mübarizə aparan Balabəy Ağayev qızıl, 66 kq-da yarışan Nizami İmanov isə bürünc medal qazanıb.

 

"Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.