Akademik avarçəkmə üzrə Azərbaycan komandası "Paolo d"Aloja" xatirə turnirində uğurlu çıxış edib. Sport24.az xəbər verir ki, idmançılar İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.


Nurlan Paşayev – Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.