"Elite" Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə "Mantena" Kuboku turnirində iştirak edib. Sport24.az xəbər verir ki, beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə Hümbətov "Aqat" ləqəbli atla hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub.

 

O, hündürlüyü 115 sm olan maneələrin keçilməsində isə 6-cı nəticə göstərib.


Turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.