Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə "Gəncə" ilə qarşılaşan "Sabah" qələbə qazanıb.
Bakı İdman Sarayında baş tutan matç "bayquşlar"ın 96:67 hesablı üstünlüyü ilə bitib.
Yarımfinal mərhələsinin digər
görüşündə sabah "Abşeron Lions" və "Neftçi" komandaları münasibətləri aydınlaşdıracaqlar. İki qələbəyə çatan tərəf finala yüksələcək.