Misli Premyer Liqasının 29-cu turunun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qonaq edir.

 

Mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmağı məqsəd qoyan qonaqlar istəyinə çatmadı. Naxçıvan təmsilçisinin elitadan düşmək qorxusu isə yoxdur. Bu üzdən bu oyun "qırmızı-ağlar" üçün o qədər də vacib əhəmiyyət daşımır. Qonaqlar meydana yalnız imicini qorumaq üçün çıxacaq. "Qəbələ" isə əksinə təhlükəli zonada yer alıb və növbəti xal itgisi meydan sahibləri üçün ağır fəsadlara yol aça bilər. Ona görə də bugünkü qarşılaşma Kaxaber Tsxadadzenin komandası üçün "olum və ya ölüm" məsələsidir.

 

Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və bazar ertəsi keçiriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

18:30. "Qəbələ" - "Araz-Naxçıvan" 0:0 (Birinci hissə)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov

 

"Qəbələ": 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 12. İbrahim Sanqare 3. Eduardo Kunde

Baş məşqçi: Kaxaber Tsxadadze

"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 10. Felipe Santos 70. Şarl Boli

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko

Baş məşqçi: Andrey Demçenko


Qəbələ. Şəhər stadionu.