Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 29-cu tura start veriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qubada keçiriləcək.
Böyük ölçüdə elitada yerini qoruyan "İmişli" "Sumqayıt"ı qəbul edir. Bu oyun ərəfəsində aktivində 29 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Kimyaçılar" isə 35 xalla 7-cidir. "Pələnglər" bu gün qalib gələcəyi təqdirdə "Şamaxı" ilə xallarının sayını bərabərləşdirəcək. "Gənclik şəhəri"nin təmsilçisi isə nəticədən asılı olmayaraq mövqeyini dəyişməyəcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIX tur
16:00. "İmişli" - "Sumqayıt" 0:0 (Birinci hissə)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba. Olimpiya İdman Kompleksinin stadionu.
"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 79. Dioqo Kardozu 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya
"Sumqayıt": 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 64. Kənan Feyziyev 75. Nadir Orucov 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 80. Keffel Resende
Baş məşqçi: Saşa İliç