"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında çempionluq yarışından danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis hələ heç nəyin dəqiqləşmədiyini bildirib:
"Qarşıda oyunlar var. Necə olacağını bilmirik. Fərqli ssenarilər üzərində işləyirik. Məncə, vəziyyətə görə başqa şeylər düşünə bilərik. Önümüzdə 5 oyun var və bütün gücümüzü qoymalıyıq".
"Arsenal" 33 turdan sonra 70 xalla ikincidir. Eyni xala sahib "Mançester Siti" isə birinci pillədə qərarlaşıb.