"Mançester Siti"dən ayrılacağı açıqlanan Bernardu Silva karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

Futbolçunun meneceri Jorje Mendeş onu "Real"a təklif edib. Madrid klubu hələ qərar verməyib.

 

31 yaşlı futbolçu yayda azad agent olacaq.

 

Silva bu mövsüm 46 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.