İtaliyanın "Komo" klubunun rəhbəri Mirvan Suvarso kmoandanın baş məşqçisi Sesk Fabreqasın adının "Çelsi" ilə hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, funksioner mütəxəssisin istəyəcəyi halda, ona qarşı çıxmayacaqlarını bildirib:


"Komo" Fabreqası buraxmağa hazırdır? Bəli, özü istəsə, gedə bilər. Fabreqas komandada möhtəşəm işlər görür. Onun yolunu bağlamaq istəmərik. Düzdür, istərdik ki, uzun müddət bizimlə qalsın. Amma yenə də özü istəsə, "Çelsi"yə gedə bilər".