"İnter" "Sassuolo"nun müdafiəçisi Tarek Muharemoviçi növbəti mövsüm üçün icarəyə götürmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazeta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Milan təmsilçisi həmçinin 2027-ci ilin qışında müqaviləyə alış bəndini daxil etməyi düşünür. Potensial gələcək transfer haqqının 50 faizi "Yuventus"a məxsusdur.

 

İyirmi üç yaşlı Tarik Muharemoviç "Sassuolo"da ikinci mövsümünü keçirir (2023/24 mövsümündə icarə əsasında oynayıb). O, "Nerazzurri"nin heyətində bütün turnirlərdə 59 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Muharemoviç DÇ-2026-nın pley-off finalında İtaliyanı mübarizədən kənarlaşdıran Bosniya və Herseqovina millisinin əsas mərkəz müdafiəçisidir.