"Napoli"nin çalışdırıcısı Antonio Konte İngiltərəyə qayıda bilər. Sport24.az xəbər verir ki, "Çelsi" komandanın "sükanı"nı mütəxəssisə tapşırmaq niyyətindədir.
Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Kontenin adı İtaliya yığması ilə də hallanır.
"Çelsi" bir neçə gün əvvəl baş məşqçi Liam Rosenyor ilə yollarını ayırıb.
Konte 2016-2018-ci illərdə "Çelsi"yə rəhbərlik edib. Komanda onun dövründə İngiltərə Premyer Liqasını və İngiltərə Kubokunu qazanıb.