Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal mərhələsində daha bir matç keçiriləcək. Sport24.az xəbər verir ki, "Abşeron Lions" "Neftçi" ilə qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, ötən gün baş tutan "Sabah" - "Gəncə" matçında "bayquşlar" 96:67 hesabı ilə qalib gəlib.