"Çelsi" "Porto"nun baş məşqçisi Françesko Farioli ilə bağlı məlumat toplayır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, londonlular mövsümlərarası fasilədə italyan mütəxəssisi gətirməyi düşünürlər. Lakin Farioli "Porto"nun prezidenti Andre Villas-Boaşla yaxşı münasibətdədir. Ona görə də o, klubda işləməyə davam etməyi planlaşdırır.
Fariolinin "Porto" ilə müqaviləsi 2028-ci ilə qədərdir və sərbəst qalma maddəsi 20 milyon avro təşkil edir.
Qeyd edək ki, bir neçə gün öncə "Çelsi" rəsmi olaraq Liam Rosenioru baş məşqçi postundan uzaqlaşdırıb. Mövsümün qalan hissəsində komandanı Kalum Makfarleyn çalışdıracaq.