"Neftçi" son turlarda yaxşı oyun nümayiş etdirir və avrokuboklara vəsiqə qazanmağa çalışır. Qarşılaşmanı maraqla gözləyirdim". Bu sözləri Sport24.az-a açıqlamasında Hüseyn Məhəmmədov deyib.

Veteran qapıçı Misli Premyer Liqasının XXIX turunda keçirilən "Neftçi" "Qarabağ" matçını şərh edib:


"Qarabağ"da isə ardıcıl xal itkilərindən sonra müəyyən ruh düşkünlüyü yaranmışdı. Bunu aradan qaldırmaq üçün "Neftçi" ilə oyuna kifayət qədər istəkli çıxmışdılar. Matçın gedişində də göründü ki, qələbəyə daha çox can atan tərəf Ağdam klubu idi. Açığı, belə gedişat gözləmirdim. "Qarabağ" artıq avrokuboklara vəsiqəni təmin edib. "Neftçi" isə Avropaya yollanmaq üçün bu oyunda xal qazanmaq istəyirdi. Dediyim kimi, flaqman son turlarda ardıcıl qələbələr qazanmışdı və motivasiyası daha yüksək idi. Futbolda belə hallar yaşanır. Çempionatın səviyyəsində dəyişiklik hiss olunur. Turnir cədvəlində aşağı pillələrdə qərarlaşan komandalar belə, ilk "üçlük"də yer alan kollektivlərdən xal ala bilirlər".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.