Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, oyunlardan biri bölgədə, digəri isə paytaxtda keçiriləcək.

 

"Sabah" "doğma divarlar" arasında "Karvan-Yevlax"ı qəbul edir. Turnir cədvəlinin zirvəsində qərarlaşan meydan sahibləri çempionluq uğrunda mübarizə aparır və demək olar ki, böyük ölçüdə məqsədinə çatıb. Qonaqlar isə autsayderdi və elitada qalmağa çalışır. Heç şübhəsiz ki, kağız üzərində matçın favoriti "bayquşlar"dır. Ancaq Yevlax təmsilçisinin son iki görüşdə meydanı 3 xalla tərk etdiyini nəzərə alsaq, Füzuli Məmmədovun komandasının bu gün heç də asan təslim olacağını demək olmaz.

 

Qeyd edək ki, XXX turun oyunlarına mayın 2-də start veriləcək. 

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

20:00. "Sabah" - "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Masazır. "Bank Respublika Arena".