"Şamaxı" növbəti mövsümün planlarını qurarkən bəzi legioner futbolçularına yeni müqavilə təklif edir. Sport24.az-ın bölgə təmsilçisinə yaxın mənbədən əldə etdiyi məlumata görə, klub braziliyalı müdafiəçilər Sezar Enrike və David Santos, həmçinin portuqaliyalı yarımmüdafiəçi Rikarto Apolinarionu heyətdə saxlamaq niyyətindədir.
Artıq oyunçularla danışıqlara başlanılıb.
Bundan əlavə, isveçrəli forvard Karim Rossiyə də yeni sözləşmə təklif olunub. Lakin 32 yaşlı hücumçu daha sərfəli təkliflər aldığını bildirərək mövsümün sonunda komandadan ayrılacağını qeyd edib.
Qeyd edək ki, "Şamaxı" hazırda Misli Premyer Liqasında 35 xalla 8-ci pillədə qərarlaşıb.