"Tottenhem" Premyer Liqada qalacağı halda "Mançester Siti"nin vingeri Savinyonu transfer edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.

 

London klubu futbolçuya görə qarşı tərəfə 25 milyon avro təklif etməyi planlaşdırır. 

 

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu az oynaması səbəbindən klubunu dəyişməyə hazırdır. "Mançester Siti" Savinyonun narahatlığını başa düşür və yay "transfer pəncərəsi"ndə onu satmağı istisna etmir.

 

Qeyd edək ki, 22 yaşlı braziliyalı bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.