Dünyanın ən dəyərli futbol klublarının reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Sportico" portalı məlumat yayıb. 

 

mənbənin sözlərinə görə, hər bir klubun gəliri üç əsas kateqoriyadan hesablanıb: yayım, reklam və oyun günü gəlirləri (bilet və mövsüm biletlərinin satışı). Bura ictimaiyyətə açıq maliyyə hesabatlarına əsasən transfer haqları və əlavə dəyər vergiləri daxil deyil.

 

Reytinqə 7,7 milyard dollar dəyərində qiymətləndirilən "Real" başçılıq edir. "Barselona" ikinci (6,65 milyard), "Mançester Yunayted" isə üçüncüdür (6,47 milyard). 

 

Çempionlar Liqasının son qalibi PSJ reytinqdə səkkizinci yerdədir və 5 milyard dollar dəyərində qiymətləndirilir.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının altı klubu dünyanın ən dəyərli 10 klubu arasındadır.