Bu gün Azərbaycan Basketbol Liqasında final mərhələsinə start verilir. Sport24.az xəbər verir ki, həlledici seriyada "Sabah" ilə "Abşeron Lions" komandaları çempionluq uğrunda mübarizə aparacaq.

 

Finalın ilk oyunu Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, seriyada üç qələbə qazanan tərəf Azərbaycan çempionu adını əldə edəcək.