"Kəpəz"in futbolçusu Şakir Seyidov mövsümün sonunda klubunu dəyişməyi düşünür. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

Redaksiyamıza daxil olan bilgiyə əsasən, yarımmüdafiəçi Premyer Liqanın başqa klunundan sərfəli təklif alıb. O, karyerasını Birinci Liqanın lideri "Şəfa"da davam etdirə bilər. Seyidov artıq Bakı klubu ilə danışıqlara başlayıb. "Şəfa" Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə, futbolçu ilə müqavilə imzalanacaq.

Xatırladaq ki, 25 yaşlı futbolçunun "Kəpəz"lə müqaviləsi 2027-ci ildə başa çatır.