PSJ-nin futbolçusu Osman Dembele Çempionlar Liqasında "Bavariya"ya qarşı keçirdikləri yarımfinal mərhələsinin ilk oyununu şərh edib. Sport24.az UEFA-ya istinadən xəbər verir ki, matçda dubl edən fransalı hücumçu 5:4 hesablı qələbə haqqında bunları deyib:
"Özünə inanan və daim hücum futbolu oynayan iki komandanın möhtəşəm dueli oldu. Yarımfinala yaraşan matç idi. "Bavariya"nın yüksək səviyyəli komanda olduğunu bilirdik. Top fərqi bir olsa da, nəticədən razıyıq.
Oyunun sonlarına yaxın tempi aşağı saldıq. "Bavariya"nın sürətli futbolda necə oynadığını yaxşı başa düşürdük. Qarşıda cavab görüşü var və finala çıxmaq üçün Münhenə yollanacağıq".
Komandalar arasındakı cavab oyunu mayın 6-da olacaq.