"Qarabağ" klubu Portuqaliyanın "Kaza Piya" klubunda çıxış edən futbolçu Joao Qoulartı heyətində qatmaqda maraqlıdır.  Sport24.az-ın məlumatına görə, "köhlən atlar" 26 yaşlı mərkəz müdafiəçisi ilə bağlı sorğu göndərib. 

 

Bu xəbəri "Transferfeed" yayıb. Oyunçu üçün hələlik rəsmi təklif yoxdur. Lakin qarşı tərəfin futbolçu üçün 1.5 milyon avro qarşılığında buraxa biləcəyi yazılıb. 

 

"Qarabağ"ın təklif etdiyi maaş isə onun hazırda qazandığından xeyli yüksəkdir. Joao Qoulart özü də komandadan ayrılmağa müsbət yanaşır. 

 

Qeyd edək ki, onun "Kaza Piya" ilə 2027-ci ilin yayınadək müqaviləsi var.