Aprelin 28-də Avropa Azərbaycan Məktəbində futbol üzrə Azərbaycan futbol millisinin sabiq üzvü, uzun illər "Qarabağ" klubunun formasını geyinmiş Qara Qarayevin həyat və karyerasından bəhs edən "Qara Qarayev" kitabının təqdimat mərasimi və imza günü keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev və digər şəxslər iştirak ediblər.

 

Qara Qarayev hazırda U-21 yığmasında işləyir. O, futbolçu kimi "Qarabağ", "Neftçi" və "Araz-Naxçıvan"da çıxış edir.